Azərbaycan 5 zonaya bölündü 21 Aprel 2016 01:00 Xəbərlər Prezident İlham Əliyev sənaye və kənd təsərrüfatı üzrə investisiya fəaliyyətində hökumətin prioritetlərini müəyyən edib. Fərmanda investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələr, layihənin həcmi ilə bağlı minimal məbləğ və inzibati ərazi vahidləri müəyyənləşdirilib. Fərmana əsasən, ölkə ərazisi 5 investisiya zonasına bölünüb: 1. Bakı, Bakı qəsəbələri və Abşeron. 2. Sumqayıt və Gəncə. 3. Naxçıvan. 4. Sərhəd və cəbhəyanı rayonlar. 5. Digər rayonlar. Prioritet sayılan 31 iqtisadi fəaliyyət növü seçilib. İnvestisiyalar üzrə minimal məbləğ regiondan asılı olaraq 0.2 - 10 milyon manatdır. Yalnız bir fəaliyyət növü (hasilat və metal filizlərin emalı) üzrə minimal investisiya məbləği 50 milyon manat olmalıdır. (virtualaz) Teqlər : #Azərbaycan 5 zonaya bölündü, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Təmirdən sonra istifadəyə verilən məscid yenidən təmirə bağlandı Beynəlxalq QHT-lər məşhur müğənnilərə: “Bakıdakı Formula-1-ə getməyin!”