Azərbaycanlı gənc valideynlərinin gözü qarşısında özünü öldürdü 03 May 2016 01:00 Hadisə Rusiyanın Yaroslavl şəhərində 27 yaşlı azərbaycanlı Şaiq Ağabalayev intihar edib. Maide.Az virtualaz.org-a istinadən məlumatına görə, Şaiqin atası Camaləddin uzun illər Neftçalada tikinti idarələrindən birinin müdiri işləyib. Amma 25 il əvvəl ailəsini də götürərərk Rusiyanın Yaroslavl şəhərinə köçüb. Balaca Şaiq isə Həsənabad kəndində babası Mehracın himayəsində böyüyüb. O da orta məktəbi bitirdikdən sonra valideynlərinin yanında yaşamaq üçün Yaroslavla gedib. İntihar hadisəsinin isə ailə münaqişəsi zəminində valideynlərinin gözləri qarşısında baş verdiyi deyilir. Şaiq ov tüfəngi ilə atəş açaraq özünü öldürüb. Mərhumun cənazəsinin yaxın vaxtlarda Neftçala rayonuna gətirilərək dəfn olunacağı gözlənilir. Teqlər : #Azərbaycanlı gənc valideynlərinin gözü qarşısında özünü öldürdü, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda silahlı insident: FHN generalı polis zabitinə silah çəkdi Salyanda 24 yaşlı gənc özünü asdı