Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirləri Qəbələdə görüşəcək

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəsmi dəvətilə mayın 14-də Gürcüstanın müdafiə naziri xanım Tinatin Xidaşeli və Türkiyə Respublikasının Milli Müdafiə naziri İsmət Yılmazın Azərbaycan Respublikasına rəsmi səfəri planlaşdırılır.
 
Bu barədə Maide.Az-a Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 
Səfər çərçivəsində Qəbələ şəhərində nazirlər arasında təkbətək və üçtərəfli formatda danışıqlar nəzərdə tutulub.
 
Müdafiə nazirlərinin Qəbələ şəhərinə səfəri mayın 15-dək davam edəcək. /

Google+ WhatsApp ok.ru