Gürcüstanın Marneuli şəhərində yeni məscidin açılışı olub

Ötən gün, Kərbəla sərvərlərinin (Hz. İmam Hüseyn (ə), Hz. İmam Səccad və Hz.Əbəlfəzl-abbasın) təvəllüdü günlərinə təsadüf edən əziz gündə Marneuli şəhərində "İmam Hüseyn (ə) adına məscidin açılışı olub. 
 
Maide.Az xəbər verir ki, açılışdan öncə Ayətullah Seyyid Cavad Şəhristani  və Gürcüstanda səfərdə olan İraq və İran nümayəndə heyətlərinin üzvləri ilə Marneuli rayon icra başçısı, Gürcüstan Müsəlmanları İdarəsinin şeyx və müftisi və Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri və digər rayon rəsmiləri arasında görüş keçirilib.
 
Sonra Marneulidə Ayətullah Seyyid Cavad Şəhristaninin dəstəyi ilə inşa olunan yeni məscidin açılışı olub. Tədbirdə rayonun baş axundu Hacı Əziz Nəbiyev, Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Hacı Ramin İgidov  və başqaları çıxış  ediblər.
 
Keçirilinən tədbirlərdə Gürcüstan, yerli din xadimləri ilə yanaşı İraq və İranın din xadimləri, habelə İranın Gürcüstandakı səfiri Abbas Talebifər, Azərbaycanın Gürcüstandakı səfirliyinin rəsmisi Dursun Həsənov və Kvemo Kartli bölgəsində fəaliyyət göstərən din xadimləri iştirak ediblər. Qonaqlar məsciddə namaz qılıblar. Tədbirin sonunda ehsan verilib.
 
Həmin gün məscidin yanında Ayətullah Seyyid Cavad Şəhristaninin dəstəyi ilə yeni tikilən və müasir avadanlıqlarla təchiz olunmuş klinikanın da açılışı və tikilişi planlaşdırılan uşaqlar üçün təlib və tərbiyə mərkəzinin təməlatma məraismi keçirilib.
 
 
 
 
 

Google+ WhatsApp ok.ru