Azərbaycan CPJ-yə qarşı səs verib

Bir qrup ölkə ABŞ-da mənzillənən Jurnalistləri müdafiə Komitəsinə (CPJ) BMT akkreditasiyasının verilməsinin qarşısını alıb. Azərbaycan, Rusiya və Pakistan qrupa qarşı səs verən ölkələr sırasındadır.
 
Mayın 26-da oxşar qeyri-hökumət təşkilatlarına akkreditə verən BMT komitəsində səsvermə keçirilib və 10-6 səs çoxluğuyla CPJ-nin konsultativ statusu alınıb. Bu status qrupa açıq görüşlərə və konfranslara, eləcə də Cenevrədə İnsan Haqları Şurasının toplantılarda iştirak imkanı verirdi.
 
“Mətbuat azadlığının pis durumda olduğu bir qrup ölkə bürokratik taktikadan yararlanaraq qüsurlarına işıq salan səyləri sabotaj edir və zərbə vurur”, CPJ-nin icraçı direktoru Joel Simon deyib.
 
CPJ Azərbaycanda mətbuat azadlığının durumun tənqid edən bəyanatlar, hesabatlar yayır.
 
Hakimiyyət təmsilçiləri isə ölkədə media azadlığının təmin olunduğunu bildirir. (azadliq.org)

Google+ WhatsApp ok.ru