Vəkil polis bölməsində olan NİDA-çıyla görüşə bilmir

Vəkil Şəhla Hümbətova hazırda 18-ci polis bölməsindədir.
O, Meydan Tv-yə bildirib ki, 1 saat əvvəl 18-ci polis bölməsində olsa da, ona Anar Abdullanın bölmədə olmadığı deyiblər. Ondan sonra Nərimanov Polis İdarəsinə getməli olub: "Çox qəribə vəziyyət yaranıb, idarədən mənə dedilər ki, Anar Abdulla bölmədədir və bölməyə zəng edib nəsə danışdılar. Yenidən qayıtdım bölməyə, içəri keçib saxladıqları Anar Abdullanın vəkili olduğumu deyib sənədimi təqdim edirəm, amma polislər onun burda olmadığını deyirlər. Birdən üzümü saxlanma otağına çevirəndə Anar Abdullanı gördüm, özü də məni görüb saxlandığını deyəndə polislər zorla bölmədən çəxarıldım".
Hazırda bölmənin qarşısında olduğunu söyləyən Şəhla Hümbətova deyib ki, Anar Abdulla hazırda içəridədir, amma orderi olduğu halda onu müdafiə etməli olduğu şəxsin yanına buraxmırlar.
 

 

Google+ WhatsApp ok.ru