Azərbaycanda banka borcu olanlar sirkə turşusu içirlər - STATİSTİKA

“Banka borcu olduğu üçün krediti verə bilməyən şəxslərin  sirkə turşusu içərək özlərini zəhərləməyə çalışdığı faktları ilə də qarşılaşırırıq.Fevral ayında 6 belə fakt qeydə alınıb ki, onlardan 2 nəfəri ölüb”.
 
Bunu Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov deyib.
 
O qeyd edib ki, mart ayında banka borcu olduğu üçün sirkə turşusu içərək özünü zəhərləyən 8 nəfər olub.
 
“Aprel və may aylarında isə belə xəstəxanaya müraciət edən xəstələrin sayı azalıb. İki ayda cəmi 4 nəfər banka borcu olan sirkə turşusu içərək özünü zəhərləyib”. (Modern.az) 
 

Google+ WhatsApp ok.ru