İran, Rusiya və Suriya müdafiə nazirləri Tehranda görüşəcək

İran, Rusiya və Suriya müdafiə nazirləri Tehranda bir araya gələrək, terrorizm ilə mübarizə mövzusunu araşdıracaqlar.
 
Maide.Az xəbər verir ki, İran İslam Respublikası müdafiə naziri general-mayor Hüseyn Dehqanın rəsmi dəvəti əsasında Rusiyanın müdafiə naziri Sergey Şoyqu və Suriya xarici işlər naziri Fəhəd Casim əl-Fəric sabah (cümə axşamı) Tehranda keçiriləcək üçtərəfli görüşdə iştirak edəcəklər.
 
Görüşdə bölgədə baş verən son proseslər, terrorizmlə mübarizə yollarının genişləndirilməsi və gücləndirilməsi haqqında fikir mübadiləsi aparılacaq.
 

Google+ WhatsApp ok.ru