Azərbaycanda üç nəfər dərmandan və kimyəvi məhluldan zəhərlənib, onlardan biri ölüb

Azərbaycanda üç nəfər dərmandan və kimyəvi məhluldan zəhərlənib, onlardan biri ölüb

 Azərbaycanda üç nəfər dərmandan və kimyəvi məhluldan zəhərlənib. 

Bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Belə ki, iyulun 5-də Binəqədi rayonunun Fatmayı bağlar sahəsində yaşayan Tariyel Qurbanov dərmandan və spirtli içkidən zəhərlənmə ilə xəstəxanaya gətirilib və orada ölüb.

Anoloji hadisə iyulun 5-də Xəzər rayonunun Binə qəsəbəsində də baş verib. Həmin ərazidə yaşayan Əmiraslan Nəzərov dərmandan, iyulun 6-da Gəncə şəhərində yaşayan azyaşlı Fərid Babazadə kimyəvi məhluldan zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.

Faktlarla bağlı araşdırmalar aparılır. (report)

Google+ WhatsApp ok.ru