Azərbaycanda 250-dən çox lal-kar uşaq qeydiyyata alınıb

Azərbaycanda 250-dən çox lal-kar uşaq qeydiyyata alınıb

Səhiyyə Nazirliyinin koxlear implantasiya əməliyyatlarının aparılmasına ehtiyacı olan uşaqların qeydiyyatının aparılması, seçilməsi, müayinə və müalicəsi üzrə Komissiyası tərəfindən bu günə qədər 250-dən çox lal-kar uşaq qeydiyyata alınıb.
 
Maide.Az bildirir ki, Nazirliyin məbuat xidmətindən Trend-ə verilən məlumata görə, müraciət olunan uşaqlara Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında dövlət hesabına eşitmə testləri və digər müayinələr aparılır.
 
Müayinələrdən sonra koxlear implantasiya əməliyyatınım icrası uçun 120 uşaq seçilib.
 
Bu günə kimi Azərbaycan Səhiyyə Nazirliyinin maliyyə dəstəyi ilə 18 uşaqda uğurla koxlear implantasiya əməliyyatı aparılıb. Hazırda 100-dən çox uşaq koxlear implantasiya əməliyyatı üçün siyahıya alınıb və Səhiyyə Nazirliyinin dəstəyi ilə əməliyyatların icrası davam edir.
 
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesablamalarına əsasən, bu gün dünyada 360 milyona yaxın insan karlıq və ya eşitmə qabiliyyətinin zəifliyindən əziyyət çəkir. Onlardan 165 milyonu 65 yaşdan yuxarı şəxslər, 32 milyonu eşitmə maneəli 15 yaşınadək uşaqlardır.
 
ÜST-nin hesabatına görə, eşitmə itkisinə əsas səbəb kimi genetik faktor (qohum nikahlar) ana bətnində infeksiyalar, müxtəlif səpkili qulaq iltihabları, meningit, məxmərək və s xəstəliklər ola bilər.

Google+ WhatsApp ok.ru