Azərbaycanın illərdir açılan zavodlarından nə xəbər?

Azərbaycanın illərdir açılan zavodlarından nə xəbər?

Azərbaycanın televizor arzusu daşa toxunub?
 
“Star” LTD şirkəti 2004-cü ildən bəri Şamaxıda bir neçə istehsal müəssisəsi açıb. Televizor istehsalı üzrə ixtisaslaşan “Star” zavodunda ötən cəmi 788 televizor istehsal olunub. Bu məlumatı Dövlət Statistika Komitəsi (DSK) yayıb. Maraqlıdır ki, həmin zavodun illik istehsal gücü 1 milyon 200 min televizordur.
 
2005-ci ildə ölkədə zavod bumu başlamışdı, Şamaxıda televizor, soyuducu-kondisioner, avtomobil (“Azsamand”), Gəncədə avtomobil, Mingəçevirdə kompüter istehsalına start verilmiş və bu işlərə milyonlarla manat investisiya yönəldilmişdi.
 
İndi bu zavodlardan nə xəbər var? İstehsal nə yerdədir? Məhsulu kimlər alır? AzadlıqRadiosu kiçik bir araşdırmada həmin sualları cavablamağa çalışıb.
 
“Rayonun vacib infrastruktur obyektləri”
 
Şamaxı rayon icra hakimiyyətinin saytında “rayonun vacib infrastruktur obyektləri” adı altında yerləşdirilmiş məlumatlardan oxumaq olur ki, “Star” televizor istehsalı zavodunda hazırda 250 nəfərdən çox adam işləyir.
 
DSK-nın məlumatında Şamaxıda cəmi 25 minik avtomobili buraxıldığı da bildirilir, ancaq bu bilgi 2012-ci ilə aiddir. Şamaxı rayon icra hakimiyyətinin saytında isə bildirilir ki, zavodun tam istehsal gücü ildə 2880 ədəddir: “Həmçinin bu istehsal müəssisəsi tam gücü ilə işləyərkən burada 900-1000 nəfər çalışacaqdır”.
 
Rayonun digər mühüm sənaye obyekti kimi “Azərelektronika” məişət cihazları istehsalı zavodu göstərilir. Ancaq məlumatdan zavodun işə salınıb-salınmadığı bilinmir: “Zavodda 250 nəfər işçi çalışacaq. Zavod tam gücü ilə işlədikdə 1000 nəfərin çalışması nəzərdə tutulur”.
 
Statistika Komitəsinin rəqəmlərində görmək olar ki, Şamaxıda 2013-cü ildə 9 min 500 civarında kondisioner hazırlanıb, ancaq iki il sonra rəqəm 180-ə düşüb. Soyuducu ilə də bağlı istehsal göstəriciləri sonrakı illərdə kəskin azalıb: 2013-cü ildə 3min 500-dən çox soyuducu istehsal edilmişdisə, iki il sonra bu rəqəm 80 olub. Buraxılan televizorların da sayı üç il öncə 24 mini aşırdısa, ötən il 800-ə enib.
 
“Gözətçidən başqa kimsə yoxdur”
 
“Şamaxıda bu zavodları açanda böyük ümid vardı ki, yeni iş yerləri olacaq, camaat işləyəcək, ancaq televizor zavodu bir ay, o birilərsə ümumiyyətlə işləmədi”, Vəhdət Partiyası Şamaxı təşkilatının sədri Akif Soltanov belə deyir. Onun sözlərinə görə, müəssisələrdə indi gözətçidən başqa kimsə gözə dəymir.(azadlıq.org)
 

Google+ WhatsApp ok.ru