Azərbaycan məscidlərində “Skype” vasitəsilə moizələr dinləniləcək

Azərbaycan məscidlərində “Skype” vasitəsilə moizələr dinləniləcək

Qafqaz Müsəlmanları idarəsindən (QMİ) APA-ya verilən məlumata görə, artıq bunun tətbiqi üçün hazırlıqlara başlanılıb. Bu sistemin tətbiqindən sonra ölkə daxilində kənar məsafədə istənilən şəxs istənilən məsciddəki qaydalara uyğun söylənilən xütbəni dinləmək imkanı əldə edəcək. Məscidlərə getmək imkanı olmayan şəxslər də evlərində və digər yerlərdə internet üzərindən seçdiyi xütbəni dinləyə biləcək. Hazırda iri və mərkəzi məscidlərdə bununla bağlı veb-kameralar quraşdırılır.
 
 

Google+ WhatsApp ok.ru