Azərbaycanda hansı malların reklamı qadağan olundu? – SİYAHI

Azərbaycanda hansı malların reklamı qadağan olundu? – SİYAHI

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı  il 17 oktyabr tarixli 414 nömrəli qərarı ilə “Reklamı qadağan olunan əmtəələrin Siyahısı”na əlavələr edib.
 
Fins.az-ın verdiyi məlumata əsasən, siyahıda 15 pozisiya var, və onlardan bəzisi əmtəə kimi yox, xidmət kimi qiymətləndirilə bilər.
 
Reklamı qadağan olunan əmtəələrin siyahısını sizə təqdim edirik: 
1. Sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış əmtəələr
2. İstehsalına (satışına) lisenziya tələb olunan, lakin barəsində belə  lisenziya verilməyən əmtəələr
3. Həkim resepti əsasında buraxılan dərman vasitələri
4. Dopinq vasitələri
5. İstifadəsinə  (tətbiqinə) Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən icazə verilməmiş  tibbi təyinatlı texnika, müalicə, profilaktika, diaqnostika və reabilitasiya metodları, o cümlədən hipnoz seansları, kontaktsız, psixi və ya bioenergetik təsirə əsaslanan müalicə metodları
6. Hamiləliyin süni yolla pozulması üzrə tibbi xidmətlər
7. Süni mayalanma üzrə tibbi xidmətlər
8. Tütün, tütün məmulatları və onların ləvazimatları, o cümlədən tənbəki çubuqları, qəlyanlar, elektron siqaretlər, siqaret kağızları, alışqanlar
9. Satışa çıxarılması barədə qərar qəbul edilməmiş qiymətli kağızlar
10. Keçirilməsi qadağan edilmiş stimullaşdırıcı lotereyalar və qeydiyyata alınmamış digər lotereyalar
11. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən tanınmamış və idman növlərinin dövlət reyestrinə daxil edilməmiş idman növləri
12. Qumar oyunları
13. Pornoqrafiya
14. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş əmtəələr
15. “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş əmtəələr
 
/

Google+ WhatsApp ok.ru