Qobustanda sürüşmə aktivləşib (VİDEO/FOTO) 19 Oktyabr 2016 01:00 Ölkə Qobustanda sürüşmə aktivləşib. İki gün öncə kəndlilərin anbaan izlədikləri torpaq sürüşməsi bir saat davam edib. Maide.Az ARB Şəkiyə istinadən xəbər verir ki, nəticədə uzunluğu 100 metrdən artıq sürüşmə zolağı yolun uçmasına səbəb olub. Yolun bir hissəsi kəndin Şamaxı və Qobustan, digər hissəsi ilə isə Hacıqabul rayonlarına çıxır. Sözügedən yolun hər iki çıxışında baş verən sürüşmə nəticəsində kəndilərin Şamaxı-Bakı yoluna çıxan və əks tərəfə Hacıqabul-Kürdəmir rayonlarına getmək üçün yol artıq hər iki tərəfdən bağlanıb. Sürüşmə zolağı hər gün genişlənir. Torpaq uçqununun baş verdiyi nöqtədə 3 yaşayış evi yerləşir. Uçqunlar nəticəsində 130 metr torpaq qatı sürüşərək ərazidə hərəkəti tamamilə bağlayıb. İri texnikalar belə, bu yolda istifadə edə bilmirlər. / Teqlər : #Qobustanda sürüşmə aktivləşib (VİDEO/FOTO), Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İranın hərbi gəmiləri Azərbaycana gəlib Azərbaycanda hansı malların reklamı qadağan olundu? – SİYAHI