Azərbaycanda çoban arvadının başını kəsdi - 3 uşaq qaldı...

Azərbaycanda çoban arvadının başını kəsdi - 3 uşaq qaldı...

Zərdab rayonunda ər arvadını qətlə yetirib.
 
Maide.Az APA-ya istinadən xəbər verir ki,  hadisə bu gün səhər saatlarında rayonun Yarməmmədbağı kəndində baş verib.
 
Kənd sakini, 1983-cü il təvəllüdlü Aqşin Usub oğlu Astanov həyat yoldaşı, 1993-cü il təvəllüdlü Rüksanə Rüstəm qızı Atsanovanın başını kəsərək qətlə yetirib.
 
Məlumata görə, şəxsi təsərrüfatların birində çobanlıq edən A.Astanov həyat yoldaşını qətlə yetirəndən sonra özü hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verib. A. Astanov R. Astanovadan əvvəl iki dəfə ailə həyatı qurub. Onun sonuncu nikahdan 3 uşağı var.
 
Hadisənin başvermə səbəbi hələlik məlum deyil.
 
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
 

Google+ WhatsApp ok.ru