Azərbaycanda polis şöbəsində saxlanılan şəxs damarlarını doğrayaraq intihar edib

Azərbaycanda polis şöbəsində saxlanılan şəxs damarlarını doğrayaraq intihar edib

Şirvan şəhər Polis Şöbəsində intihar hadisəsi baş verib.
 
Polis Şöbəsinin müvəqqəti saxlanma yerində saxlanılan 1966-cı il təvəllüdlü Vaqif Şahbalı oğlu Muradov bu gün səhər qollarını doğrayıb. V. Muradov çoxlu qan itirdiyindən dünyasını dəyişib.
 
Məlumata görə, zorlamada ittiham olunan V. Muradov Sabirabad rayon Polis Şöbəsi tərəfindən tutulub. Sabirabadda təqsirləndirilən şəxslərin saxlanıldığı təcridxana təmir olunduğundan V. Muradov Şirvan rayon Polis Şöbəsində saxlanılırmış.
 
Faktla bağlı Şirvan rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. (apa) /

Google+ WhatsApp ok.ru