Azərbaycanda mənfi 17 dərəcə temperatur qeydə alınıb

Azərbaycanda mənfi 17 dərəcə temperatur qeydə alınıb

Ötən gündən başlayaraq şimal bölgəsində hava şəraiti kəskin dəyişib.
 
Maide.Az bildirir ki, APA-nın verdiyi məlumata görə, Quba və Qusar bir sıra yaşayış məntəqələrinə 15 sm-dək qar yağıb.
 
Ən çox yağıntı Qubanın Qırız, Qusarın Ləzə kəndlərində qeydə alınıb. Bu ərazilərdə qarın hündürlüyü 15 sm olub.
 
Ən aşağı temperatur Quba rayonunun Xaltan kəndi ərazisində qeydə alınıb. Burda havanın temperaturu mənfi 17 dərəcəyə enib. /

Google+ WhatsApp ok.ru