Azərbaycanda sabahdan məktəblilərin qış tətili başlayır 26 Yanvar 2017 02:00 Ölkə Azərbaycanda sabahdan orta məktəb şagirdlərinin qış tətili başlayacaq. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, 5 günlük olacaq qış tətili 27-31 yanvar tarixlərini əhatə edəcək. Fevralın 1-dən isə orta məktəblərdə dərs ilinin ikinci yarımili başlayacaq. İkinci yarımil iyunun 14-də başa çatacaq. Qeyd edək ki, şagirdlər üçün 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar), ibtidai siniflər üçün isə 5 günlük əlavə yaz tətili (1-5 may) olur. Teqlər : #Azərbaycanda sabahdan məktəblilərin qış tətili başlayır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Gülüstan sarayı ətrafındakı sürüşmə ilə bağlı son durum Gəncənin qaz təchizatında problem yaranıb