Azərbaycan Belarusdan 170 milyon dollar dəyərində silah alıb 22 Fevral 2017 02:00 Hərb Azərbaycan 2016-cı ildə Belarusdan 170 milyon dollar dəyərində silah-sursat alıb. Bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) qlobal silahlanma xərcləri barədəki hesabatında qeyd olunur. Bildirilir ki, Azərbaycan Belarusun əsas silah alan müştərilərindən biridir. Siyahının birinci pilləsində isə Çin qərarlaşıb. Müştərilər arasında Yəmən, İraq və Anqola da var. Belarus 2016-cı il ərzində 625 milyon dollar məbləğində silah tədarük edib və bu göstəriciyə görə 18-ci yerdə qərarlaşır. Satılan silahlar içərisində vertolyotlar, RƏM sistemləri, zirehli tank əleyhinə texnika, raket qurğuları və artilleriya var. (Report) Teqlər : #Azərbaycan Belarusdan 170 milyon dollar dəyərində silah alıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanın hərbi idxalı Ermənistanın satınalmalarından 20 dəfə artıqdır Azərbaycan daha iki növ pilotsuz uçuş aparatı istehsal edəcək
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'