`AZƏRENERJİ` borc içindədir

`AZƏRENERJİ` borc içindədir

"Novoye Vremya" qəzetinin səhifələrində isə ""Azərenerji" ASC-yə SOS siqnalı" sərlövhəli məqaləyə yer verilib.
 
Müəllif yazır ki, beynəlxalq agentliklər bir-birinin ardınca "Azərenerji" ASC-nin çətin duruma düşdüyünü nəzərə çatdırırlar: "Bu yaxınlarda bu təşkilatın qısa- və uzunmüddətli kredit reytinqini "Standard&Poor’s" endirmişdi və proqnoz neqativə dəyişmişdi. Bunun ardınca da "Fitch" beynəlxalq agentliyi də həmin mövqeyi təkrarlayıb və bu, əsassız deyil".
 
Yazıda bildirilir ki, ötən il ölkədə elektrik enerjisinin tarifləri yüksəldilib. Ancaq "Azərenerji" ASC hələ də borc içindədir: "Çoxları bununla bağlı iqtisadi böhrana, manatın devalvasiyasına, ölkənin iri müəssisələri üçün qaz və elektrikin qiymətlərinin artmasına işarə edirlər. Əlbəttə, bunlar şirkətin fəaliyyətinə pis təsir edib. Ancaq bunu da unutmaq olmaz ki, bu qurumda maliyyə böhranı hələ dünya bazarında neftin qiymətləri düşməmiş, iqtisadiyyat enməmiş baş verib".
 
Müəllif hesab edir ki, "Azərenerji" ASC-nin işi səmərəli qurulmayıb. Üstəlik, onun işində şəffaflıq təmin edilməyib: "Belə sual yaranır ki, yerli istehlakçılardan gələn pul vəsaitləri hara yoxa çıxır? Çünki bu vəsait hesabına yeni elektrik stansiyaları tikilməsi, elektrik xətlərinin yenilənməsi kimi fəaliyyət görünmür. Üstəlik, xarici maliyyə institutları da bu təşkilata və bütünlükdə ölkənin enerji sisteminə investisiyalar yatırır".
 
Yazıda bildirilir ki, "Azərenerji" ASC-nin borcu 1.5 milyard manatdan artıq 2.4 milyard manata yüksəlib. /

Google+ WhatsApp ok.ru