Sürücülər işıqforların gecə qrafikindən narazıdır

Sürücülər işıqforların gecə qrafikindən narazıdır

Sürücülər paytaxtda işıqforların gecə qrafikindən narazıdır. Onlar deyir ki, işıqforların gecələr gündüzlə eyni rejimdə işləməsi vaxt itkisindən başqa bir şey deyil.
 
Sürücülər işıqforların iki fərqli qrafikdə işləməsinin tərəfdarıdır. Belə ki, bu təcrübə xarici ölkələrin bir çoxunda tətbiq olunur.
 
Paytaxtda ümumilikdə 315 işıqfor quraşdırılıb. Bunlardan 150-si Bakı Nəqliyyat Agentliyinin, qalanları isə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin tabeliyindədir. Hər iki qurumdan bildirilib ki, işıqforların qrafiki günün bütün saatlarında vəziyyətə uyğun olaraq dəyişdirilir. Amma fakt budur ki, görülən tədbirlər sürücüləri qane edəcək səviyyədə deyil.
 
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov isə deyir ki, hazırda Bakıda mövcud olan işıqforların yarısı mərkəzdən idarə oluna bilir, digərlərinə müdaxilə isə birbaşa işıqforun özündəndir.
 
Ekspert təklif edir ki, qrafik dəyişikliklərin səmərəliliyini təmin etmək üçün bütün işıqforlar mərkəzdən idarə olunmalıdır və yalnız bu halda yol hərəkətinə operativ müdaxilə mümkün olacaq. (milli.az) /
 

Google+ WhatsApp ok.ru