Azərbaycanda “Whatsapp” zənglərinə qadağa qoyuldu?

Azərbaycanda “Whatsapp” zənglərinə qadağa qoyuldu?

Azərbaycanla “WhatsApp” vasitəsilə əlaqə imkanları kəskin məhdudlaşdırılıb. Xaricdən ölkəmizdəki istifadəçilərə edilən zənglər artıq mümkünsüzdür. Danışıq zamanı tərəflər bir-birinin səsini eşitmir və bağlantı zamanı tez-tez qırılma baş verir. Hazırda Azərbaycandan xariclə, xaricdən isə Azərbaycanla faktiki bağlantı qurmaq mümkün deyil.
 
“Azadliq” olaraq bu istiqamətdə kiçik araşdırma da etdik. Və bir neçə istifadəçinin xariclə əlaqəsi baş tutmadı.
 
Hakimiyyətin siyasətini kəskin tənqid edən saytların rəsmi bloklanmasından sonra bu hadisənin baş verməsi təsadüfi görünmür. Bu, hökumətin internet azadlığını məhdudlaşdırmasının tərkib hissəsi kimi görünür. /

Google+ WhatsApp ok.ru