Hava lımanından Zığ istiqamətində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılıb 13 May 2017 01:00 Ölkə Zığ-Hava Limanı avtomagistralında yol-cizgi xətlərinin rəngələnməsi ilə əlaqədar Hava lımanından Zığ dairəsi istiqamətində yolda nəqliyyat vasitələrinin hərəkət tam məhdudlaşdırılıb. Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, avtomagistralın Zığ dairəsindən Hava limanı istiqamətində olan hissəsində 1-ci zolaqda hərəkət məhdudlaşdırılıb, 2-ci zolaqda isə surət həddi 60 km/saata endirilib. Bununla yanaşı hazırda avtomagistralın Zığ dairəsindən Hava limanı istiqamətində açıq olan hərəkət zolaqları ikitərəfli yol kimi istifadə edilməkdədir. Sürücülərə avtomagistraldan istifadə edərkən mövcud dəyişikliyi nəzərə almaları və müəyyən olunmuş surət həddinə əməl etmələri tövsiyə olunur. (apa) / Teqlər : #Hava lımanından Zığ istiqamətində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda “Whatsapp” zənglərinə qadağa qoyuldu? Bəşəriyyətin xilaskarı, on ikinci imamın mövlud günü münasibəti ilə Azərbaycanda bayram şənlikləri keçirilib