Azərbaycanda ürək-damar xəstəlikləri ölümə səbəb olan xəstəliklər arasında ilk sıradadır

Azərbaycanda ürək-damar xəstəlikləri ölümə səbəb olan xəstəliklər arasında ilk sıradadır

“Dünyada olduğu kimi, Azərbaycanda da ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlara kifayət qədər çox rast gəlinir. Azərbaycanda ürək-damar xəstəlikləri ölümə səbəb olan xəstəliklər arasında birinci yeri tutur”.
 
Bunu Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin sədri, Mərkəzi Klinik Xəstəxananın baş həkimi, tibb elmləri doktoru Kamran Musayev deyib. O bildirib ki, buna görə də ürək-damar xəstəliklərinin profilaktikası, diaqnostikası və müalicəsi hərf zaman aktuallığını saxlayır: “Ölkəmizdə ürək-damar xəstəliklərindən ölənlərin sayı digər xəstəliklərdən ölənlərin sayından daha çoxdur”.
 
K. Musayev deyib ki, ürək-damar xəstəliklərinin geniş yayılmasının səbəbləri müxtəlifdir: “Getdikcə daha çox passiv həyat tərzinə keçməyimiz, yemək-içmək vərdişlərimiz və siqaretdən istifadə ürək-damar xəstəliklərinin yayılmasına səbəb olur”.
 
Baş həkim qeyd edib ki, uşaqların anadangəlmə ürək qüsuru ilə doğulmasının səbəbləri bu gün tibb elminə tam məlum deyil: “Lakin bəzi xəstələrdə müəyyən səbəbləri görə bilirik. Bunlardan biri kimi, ananın hamiləlik zamanı müxtəlif infeksion xəstəliklər keçirməsini göstərə bilərik. Lakin çox hallarda səbəb tapıla bilmir”. (apa) /

Google+ WhatsApp ok.ru