Azərbaycanda 1-ci Qədr gecəsi böyük coşqu ilə keçirilib

Azərbaycanda 1-ci Qədr gecəsi böyük coşqu ilə keçirilib

Mübarək Ramazan ayının 19-cu gecəsinin birinci əhya mərasimi Azərbaycan Respublikası müsəlmanlarının tərəfindən geniş şəkildə məscidlərdə keçirilib.
 
Maide.Az xəbər verir ki, ölkənin müxtəlif şəhər və rayonlarında məscidlərə toplaşan möminlər bu gecə münasibətilə ibadət edərək dualar oxuyub, din xadimləri Ramazan ayının fəzilətlərindən danışıb, həmçinin təqvalıların mövlası Həzrət Əlinin (ə) yüksək məqamını açıqlayıb.
 
Qeyd edək ki, 1-ci Qədr gecəsində və Əmirəlmöminin Əlinin (ə) zərbətlənməsi gecədə Əhli-Beyt (ə) aşiqləri Azərbaycan Respublikasının şəhər və kəndlərində, o cümlədən Bakı, Gəncə, Lənkəran, Masallı, Göyçay, Sumqayıt, Astara, Biləsuvar, Cəlilabad, Nardaran, Naxçıvanda və digər bölgələrdə məscidlərə toplaşaraq Allah-taala dərgahına raz-niyaz edib.
 
Ramazan ayının ikinci Qədr gecəsi iyunun 15-dən 16-na, üçüncüsü 17-dən 18-nə keçən gecən qeyd olunacaq. 

Google+ WhatsApp ok.ru