Azərbaycanda 254 adam qidadan zəhərlənib - 3 nəfər ölüb

Azərbaycanda 254 adam qidadan zəhərlənib - 3 nəfər ölüb

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda 164 qida zəhərlənməsi baş verib ki, nəticədə 254 nəfər zərər çəkib, 3 nəfər ölüb.
 
Maide.Az xəbər verir ki, bu barədə Trend-ə Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.
 
Mərkəzdən bildirilib ki, yanvar-may ayları ərzində 10 botulizm hadisəsi baş verib. Nəticədə 20 nəfər zəhərlənib.
 
Təkcə bu ilin may ayı ərzində 22 qida zəhərlənməsi baş verib. Bu hadisələrdən 34 nəfər zərər çəkib. /

Google+ WhatsApp ok.ru