Azərbaycanda 30 nəfəri ilan çalıb

Azərbaycanda 30 nəfəri ilan çalıb

Bu barədə Modern.az-a Səhiyyə Nazirliyi Klinik Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov məlumat verib.
 
Şöbə müdiri deyib ki, apreldə 2 nəfər, mayda 14 nəfər, iyunda 8 nəfər, iyulda 6 nəfər ilan sancması ilə əlaqədar Mərkəzə müraciət edib:
 
“Xəstələr arasında ölən yoxdur. İyul ayında ilan sancanlardan iki nəfərinin vəziyyəti ağır olub, qalan dörd nəfərin vəziyyəti orta-ağır qiymətləndirilib”.
 
A.Maqsudov deyib ki, hazırda onlardan bir nəfər xəstəxanada müalicəsini davam etdirir. /

Google+ WhatsApp ok.ru