Azərbaycan XİN-i Myanmardakı qətliamı pislədi

Azərbaycan XİN-i Myanmardakı qətliamı pislədi

Myanmarda rohinca müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq hallarından ciddi narahatlığımızı ifadə edirik.
 
Bunu Modern.az-a açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XIN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyb.
 
XİN rəsmisi bildirib: "Biz beynəlxalq ictimaiyyətin, xüsusilə İslam Əməkdaşlıq Təşkilatının bu zorakılığın dayandırılması istiqamətində olan səylərini dəstəkləyirik".
 
Avqustun 25-dən başlayaraq Myanmarın Arakan əyalətində hərbçilər "təhlükəsizlik əməliyyatı" adı altında kütləvi soyqırımı həyata keçirir.  Bu əməliyyatlar zamanı bir neçə min müsəlman qətlə yetirilib, 100 mindən çoxu isə evlərini tərk etməyə məcbur olub. /

Google+ WhatsApp ok.ru