Azərbaycanda motosiklet qəzaları: 9 ölü, 21 yaralı 21 Sentyabr 2017 01:00 Hadisə Bu ilin 8 ayı ərzində Azərbaycanda 27 motosiklet qəzası baş verib. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib. K.Əliyev bildirib ki, baş vermiş motosiklet qəzaları nəticəsində 9 nəfər ölüb, 21 nəfər yaralanıb. O qeyd edib ki, motosiklet qəzalarında ölüm hallarının əsas səbəbi təhlükəsizlik qaydalarına düzgün əməl etməməkdir: “Motosikleti başa “kasqa” taxmadan idarə edirlər, yolun əks istiqamətində hərəkət edirlər və ya işıqlandırma sistemi nasaz olan motosikletlərlə yola çıxırlar. Belə pozuntular çoxdur və nəticədə əziyyət çəkən də motosiklet sürücüləri özləri olurlar”. Teqlər : #Azərbaycanda motosiklet qəzaları: 9 ölü,#21 yaralı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Daşkəsəndə canavarlar kəndə hücüm edib Masallıda insident: `Məktəbi şadlıq evinə çevirmək istəyirlər` - VİDEO