Azərbaycanda peşə məktəbləri 1, 3 və 4 illik olacaq 14 Noyabr 2017 02:00 Xəbərlər -- “Peşə təhsili haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılacaq “Peşə təhsili haqqında” yeni qanun layihəsi Milli Məclisin Elm və təhsil komitəsinin iclasına çıxarılır. Modern.az-ın məlumatına görə, yeni qanun layihəsində dövlət, özəl, bələdiyyələrin nəzdində peşə məktəblərinin fəaliyyət göstərməsi əks olunub. Həmçinin, yeni qanun layihəsində peşə təhsilinin müddətləri müəyyən olunub. Bunlar 1, 3 və 4 illik müddətlərdir. Yeni sənəddə peşə təhsili müəssisələrinə qəbul qaydaları, lisenziyalaşma və idarəetmə ilə əlaqədar məsələlər öz əksini tapıb. “Peşə təhsili haqqında” yeni qanun layihəsi Milli Məclisin Elm və təhsil komitəsinin noyabrın 14-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. Teqlər : #Azərbaycanda peşə məktəbləri 1,#3 və 4 illik olacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Freedom House: Son bir ildə 18 ölkədə xəbər saytlarına haker hücumları təşkil edilib Rusiyanın Müdafiə Nazirliyi: ABŞ İŞİD terrorçularına belə dəstək verib - FOTO