Azərbaycanda paytaxt üçün rəsmi şəhər kartı buraxılır 27 Fevral 2018 02:00 Xəbərlər -- Turistlər üçün ... Paytaxt Bakı üçün rəsmi şəhər kartı - "Baku Card" dövriyyəyə buraxılır. Bu, Azərbaycanda ilk və yeganə təcrübədir. “Report” xəbər verir ki, bu barədə Milli Turizmin Təbliği Bürosunun Media və PR üzrə meneceri Kənan Quluzadə məlumat verib. O, kartın qiymətlərini də açıqlayıb: "Baku Card" 3 növ olacaq 35, 60 və 90 manatlıq. 1-ci 24 saatlıq, 2-cii 72 saatlıq, 3-cü isə 1 həftəlik istifadə üçün nəzərdə tutulub”. Kart sahibləri ictimai nəqliyyatdan pulsuz, muzeylərdən və digər mədəniyyət mərkəzlərindən isə ödənişsiz və yaxud endirimlə istifadə edəcək. Bundan əlavə, “Baku Card” sahiblərini mağazalar, kafelər, restoranlar və digər yerlərdə endirimlər və xüsusi təkliflər gözləyir. Teqlər : #Azərbaycanda paytaxt üçün rəsmi şəhər kartı buraxılır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Son bir ildə 25 əcnəbi İmam Rzanın (ə) hərəmində İslamı qəbul edib Almaniya şəhərlərində dizellə işləyən avtomobilləri qadağan edəcəklər