Azərbaycanda 11 əcnəbi saxlanılıb 28 Fevral 2018 02:00 Dünya -- 5 nəfər Hindistan, 3 nəfər Pakistan, 2 nəfər Banqladeş və... Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri davam etdirilir. Maide.Az xəbər verir ki, xidmətdən APA-ya verilən məlumata görə, DMX-nin qanunsuz miqrasiyaya qarşı keçirdiyi tədbirlər zamanı 5 nəfər Hindistan, 3 nəfər Pakistan, 2 nəfər Banqladeş və 1 nəfər Əfqanıstan vətəndaşı olmaqla, ümumilikdə 11 nəfər əcnəbi saxlanılıb. Araşdırma zamanı saxlanılan əcnəbilərdən 2 nəfər Pakistan və 2 nəfər Banqladeş vətəndaşının Azərbaycan Respublikasına guya biznes fəaliyyəti ilə məşğul olacaqları adı altında gəldikləri, lakin onların biznes sahəsində heç bir fəaliyyətlərinin olmadığı, müraciətlərinin yalnız ölkədə yaşamaq və sərbəst hərəkət etmək məqsədi daşıdığı məlum olub. Saxlanılan digər əcnəbilərin Azərbaycan Respublikasının ərazisində olma və yaşama qaydalarını pozduqları aşkar edilib. Bununla da əcnəbilər tərəfindən Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyinin tələblərinin pozulduğu müəyyən edilib və barələrində müvafiq inzibati tədbirlər görülüb. Teqlər : #Azərbaycanda 11 əcnəbi saxlanılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Şeyx İsa Qasimin evi Al Xəlifə rejim əsgərkəri tərəfindən mühasirəyə alınıb Misirdə iki sərnişin qatarı toqquşdu
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO