Azərbaycan hava hücumundan müdafiə qoşunlarının məşğələləri keçirilir – S-300-lərin iştirakı ilə (FOTO) 03 Sentyabr 2018 01:00 Hərb Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2018-ci ilin döyüş hazırlığı planına uyğun olaraq hava hücumundan müdafiə qoşunlarının taktiki-xüsusi məşğələləri keçirilir. Maide.Az bildirir ki, Azərbaycan Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, məşğələlər zamanı S-300 “Favorit” zenit-raket komplekslərinin divizionları mövqe rayonlarına marş edərək start mövqelərinə yerdəyişmə, ərazinin hazırlanması və maskalanması tapşırıqlarını icra edirlər. Raket bölmələri vacib obyektlərin hava hücumundan mühafizəsi, habelə şərti düşmənin raket zərbələrinin dəf edilməsi üzrə tapşırıqları da yerinə yetirirlər. Teqlər : #Azərbaycan hava hücumundan müdafiə qoşunlarının məşğələləri keçirilir – S300lərin iştirakı ilə (FOTO), Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan Rusiyadan 5 milyard dollarlıq hərbi məhsul alıb Qəza nəticəsində Azərbaycan hərbçisi həyatını itirib
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'