Azərbaycan ordusu 18 yaşlı əsgərini itirdi 04 Sentyabr 2018 01:00 Hərb Azərbaycan ordusunun 18 yaşlı əsgəri Kənan Həsrət oğlu Dadaşov həlak olub. Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, əsgər Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində həyatını itirib. 12 Aprel 2000-ci il təvəllüdlü Kənan Dadaşov Astara rayonunun Pəlikeş kənd sakinidir. Astara Rayon İcra Hakimiyyətindən xəbəri Meydan TV-yə təsdiqləsələr də, əsgərin hansı səbəbdən vəfat etdiyini bilmədiklərini deyiblər. Pəlikeş kənd İcra nümayəndəsi Balakişi Rəhmanov da xəbəri təsdiqləyib: “Eşitdiyimizə görə, düşmən gülləsinə tuş gəlib, şəhid olub. Hələ cənazəsi kəndə gətirilməyib, gözləyirik”. Müdafiə Nazirliyi hadisə ilə bağlı hər hansı məlumat yaymayıb. Qurumdan məsələyə münasibət bildirilməyib.(meydantv) Teqlər : #Azərbaycan ordusu 18 yaşlı əsgərini itirdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qəza nəticəsində Azərbaycan hərbçisi həyatını itirib Azərbaycanda hərbi qeydiyyat yaşı DƏYİŞDİRİLİR
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'