Azərbaycanın hərbi nümayəndə heyəti İranda ordu akademiyasına baş çəkib 20 Fevral 2019 16:30 Hərb Azərbaycanın hərbi nümayəndə heyəti İran ordusunun komandanlıq və Baş qərargah Akademiyasına baş çəkib. Maide.Az "İslaminSesi"ə istinadən xəbər verir ki, Azərbaycan heyəti İran akademiyasının müxtəlif nailiyyətləri və tədris təcrübəsi ilə tanış olub. Hərbi akademiyanın müdiri, briqada generalı Hüseyn Vəlivənd Azərbaycanın hərbi ekspertlərinin nümayəndə heyətiylə görüşdə, akademiyada aparılan elmi-tədqiqat işlərindən danışıb. O, qeyd edib ki, İran ordusunun komandanlıq bə Baş qərargah Akademiyası dost və müttəfiq ölkələrdən tələbələri qəbul edir və Azərbaycan vətəndaşları da burada təhsil ala bilər. Azərbaycan hərbi nümayəndə heyətinin başçısı Rəhim Cəfərov, öz növbəsində, hərbi təlimin əhəmiyyətini vurğulayaraq qeyd edib ki, Azərbaycan Respublikası İranın nailiyyətlərindən və hərbi təcrübəsindən istifadə etməkdə maraqlıdır. Hüseyn Vəlivənd və Rəhim Cəfərov iki qardaş xalq arasındakı dostluğun əlaməti olaraq akademiya ərazisində ağaç əkiblər. Onlar qeyd ediblər ki, İran və Azərbaycanın müdafiə əməkdaşlığı xüsusən tədris və tədqiqat sahələrində daha da gücləndirilməlidir. Teqlər : #Azərbaycanın,#hərbi,#nümayəndə,#heyəti,#İranda,#ordu,#akademiyasına,#baş,#çəkib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanın Rusiyadan yeni silah və döyüş texnikası alması məsələsi müzakirə olunub Azərbaycan Ordusunun iki hərbi qulluqçusu qar uçqununa düşüb
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'