Azərbaycan və İran dəmir yolları sahəsində əməkdaşlığını artırır

Azərbaycan və İran dəmir yolları sahəsində əməkdaşlığını artırır

İran İslam Respublikasının Yol və Şəhərsalma nazirinin müavini  və Dəmir Yolları şirkətinin direktoru cənab Səid Rəsuli  “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin direktoru və Azərbaycan Respublikasının digər rəsmi şəxsləri ilə müzakirələr aparmaq üçün dünən gecə Bakıya səfər edib. 
 
Maide.Az bildirir ki, bu səfər çərçivəsində tərəflər Astara gömrük məntəqəsində vahid pəncərə sisteminin təkmilləşdirilməsi, dəmir yolları sahəsində əməkdaşlıqlar, xüsusilə Rəşt – Astara dəmir yolunda son durum haqqında fikir mübadiləsi aparacaqlar.
 
Həmçinin cənab Səid Rəsulinin “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin direktoru Cavid Qurbanovdan başqa, Azərbaycan Respublikasının digər rəsmi şəxsləri ilə, o cümlədən İqtisadiyyat naziri ilə görüşü də nəzərdə tutulub.

Google+ WhatsApp ok.ru