Azərbaycanda dönərdən kütləvi zəhərlənmə

Azərbaycanda dönərdən kütləvi zəhərlənmə

İsmayıllı rayonunda kütləvi zəhərlənmə olub.
 
Maide.Az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün axşam saatlarında İsmayıllının Talıstan kəndində keçirilən “Kartof Festivalı”nda qeydə alınıb. 
 
Festival iştirakçılarından, İsmayıllının Təzəkənd kənd sakinləri - 1991-ci il təvəllüdlü Aytac Rəcəbova, 1974-cü il təvəllüdlü Natavan Nəcəfova, 1971-ci il təvəllüdlü Yeganə Məmmədova, 1977-ci il təvəllüdlü Bəxtirə Mayılova, Kürdmaşı kənd sakinləri - 1987-ci il təvəllüdlü Amil Quliyev, 1987-ci il təvəllüdlü Əlibaba Quliyev, Ucar rayon sakini, 1967-ci il təvəllüdlü Cavad Allahverdiyevin qəflətən halı pisləşib və onlar İsmayıllı rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 
 
İlkin məlumata görə, adı çəkilən şəxslərin festivalda satılan dönəri yedikdən sonra halı pisləşib. Onların zəhərləndiyi ehtimal olunur. 
 
Səhiyyə Nazirliyi İsmayılı rayonunda kartof festivalı zamanı baş verən kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb.
 
Nazirlikdən bildirilib ki, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına zəhərlənmə ehtimalı ilə 7 nəfər (3 kişi, 4 qadın) müraciət edib.
 
"Baş həkim Aydın Əsədovun verdiyi məlumata görə, müraciət edənlərə tibbi yardım göstərildikdən sonra evlərinə buraxılacaqlar. Hadisə barədə polis və Qida Təhlükəsizliyi Agentliyinə məlumat verilib", - nazirlikdən bildirilib. 
 

Google+ WhatsApp ok.ru