Azərbaycan və Pakistan arasında gələn ildən birbaşa uçuşlar həyata keçiriləcək 29 Noyabr 2019 11:06 Xəbərlər "Azərbaycan və Pakistan arasında 2020-ci ildə birbaşa hava rabitəsi istifadəyə veriləcək". "Report" Pakistan KİV-inə istinadən xəbər verir ki, bunu Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə Sarhad əyalətinin ticarət palatasının prezidenti Maksud Ənvər Pervaiz ilə görüşdə deyib. Onun sözlərinə görə, birbaşa aviareyslərin açılması iki ölkənin sahibkarları arasında əlaqələrin möhkəmlənməsinə yardım edəcək. Səfir həmçinin gələcəkdə Pakistandan olan iş adamları üçün viza rejiminin sadələşdirilməsinin mümkünlüyünü də bildirib. Teqlər : #Azərbaycan,#və,#Pakistan,#arasında,#gələn,#ildən,#birbaşa,#uçuşlar,#həyata,#keçiriləcək, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İğtişaşçılar Nəcəfdə iraqlı din alimi Baqir Həkimin məqbərəsinin qapısını yandırıblar (FOTO) Parlament gələn ilin büdcəsini qəbul etdi