Parlament gələn ilin büdcəsini qəbul etdi

Parlament gələn ilin büdcəsini qəbul etdi

Milli Məclisin noyabrın 29-da keçirilən plenar iclasında «2020-ci ilin dövlət büdcəsi haqqında» Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
 
Dövlət büdcəsinin gəlirləri 24134.5 milyon, xərcləri isə 26894.7 milyon manat məbləğində proqnozlaşdırılır.
 
Sənəd müzakirə edilib və səsverməyə qoyularaq təsdiqlənib.
 
Orada neftin bir bareli 55 dollar götürülüb. Bu ilin büdcəsində isə bu rəqəm 60 dollar olub.
 
2020-ci ilin dövlət büdcəsinin həm gəlirlərində, həm də xərclərində bu illə müqayisədə artım var. 2019-cu ilin büdcəsində gəlirlər 23168 milyon, xərclər isə 25190 milyon manat proqnozlaşdırılır.
 

Google+ WhatsApp ok.ru