Azərbaycanda uşaqlara ən çox qoyulan adlar - Əli, Zəhra və Yusif 04 Mart 2020 14:59 Ölkə Azərbaycanda 2020-ci ilin yanvar və fevral aylarında uşaqlara ən çox qoyulan adlar məlum olub. Maide.Az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Ədliyyə Nazirliyi tərəfindən doğumu qeydiyyata alınmış oğlan uşaqlarına bu ilin ötən dövründə qoyulan adlar arasında Yusif (468), Uğur (409), Əli (391), Hüseyn (382), Məhəmməd (254), Ömər (252), Murad (216), Ayxan (202), Raul (189) və Tunar (187) üstünlük təşkil edib. Eyni zamanda cari ilin ötən dövründə qız uşaqlarına daha çox Zəhra (492), Məryəm (367), Zeynəb (341), Mələk (305), Nuray (295), Fatimə (285), Aylin (271), İnci (224), Nilay (224) və Ayan (199) adları qoyulub. Teqlər : #Azərbaycanda,#uşaqlara,#ən,#çox,#qoyulan,#adlar,#Əli,#Zəhra,#və,#Yusif, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Kirayə mənzillərə müraciətlər başladı Təhsildəki 1 həftəlik tətil belə kompensasiya olunacaq