Azərbaycanda toylar gələn ay da olmayacaq

Azərbaycanda toylar gələn ay da olmayacaq

“Toy və digər kütləvi tədbirlərin keçirilməsinin bərpası iyun ayı üçün də nəzərdə tutulmur”.
 
“Report” xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
 
O bildirib ki, hazırda 10 nəfərin kütləvi toplanması qadağandır:
 
“Bunun epidemioloji səbəbləri var”.
 
Açıq havada belə toy keçirməyə icazə yoxdur
 
“Toyların keçirilməsinin bərpası mümkün deyil. Bu kimi tədbirlərin açıq havada keçirilməsi müzakirə olunub, lakin mütəxəssislər bunu təhlükəli hesab edirlər”.
 
O qeyd edib ki, əgər nəsə yeni qərar olsa ictimaiyyətə açıqlanacaq.
 
R.Bayramlı əlavə edib ki, yoluxma halları intensiv olarsa, qırmızı zona yaradıla bilər: “Bu gün üçün ölkədə belə zona yoxdur”.
 

 

Google+ WhatsApp ok.ru