TƏBİB: Həftə sonları küçəyə çıxmanın məhdudlaşdırılması qaydaları hazırlanıb

TƏBİB: Həftə sonları küçəyə çıxmanın məhdudlaşdırılması qaydaları hazırlanıb

“Bu pandemiyanın nə qədər davam edəcəyini gözləmirik”.
 
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
 
R. Bayramlı deyib ki, tibbi maska və sosial məsafənin - ən az 1,5 metr məsafənin qorunması vacibdir: “Qapalı məkanlarda bu qaydalara tam riayət edilmədir. Açıq məkanlarda isə növbələr zamanı həm maska taxılması, həm də sosial məsafə gözlənilməlimdir. Əgər yoluxma səviyyəsi artsa, yenidən sərt karantin rejiminə gedə bilərik”.
 
TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, tibbi bölmə tərəfindən həftə sonları küçəyə çıxmanın məhdudlaşdırılması barədə qaydalar hazırlanıb: “Bu həftə buna getmədik. Ancaq epidemioloji vəziyyət dəyişərsə, bu məhdudlaşmanın tətbiqi önümüzdəki həftə yenə müzakirə oluna bilər. Bir çox ölkədən fərqli olaraq, həftə sonu hərəkətə qadağan tətbiq olunmur və vətəndaşlarımız da anlayışlı olmalıdırlar”.
 
"Qaydalara əməl etməyən fiziki və hüquqi şəxslərə qarşı ciddi cərimələrin tətbiq olunması gündəmdədir, qarışdakı günlərdə açıqlanacaq”.
 
R. Bayramlı deyib ki, belə cərimələr vətəndaşlara qarşı da tətbiq edilə bilər: “Yeni mobil tətbiq hazırlanıb. Bu, tam ödənişsizdir. Bu tətbiqlə vətəndaşlarımız bütün yoluxma halları  və yoluxmanın yüksək olduğu ərazilərlə bağlı məlumatları əldə edə biləcəklər”.
 

Google+ WhatsApp ok.ru