Azərbaycanın Baş epidemioloqu istefa verdi

Azərbaycanın Baş epidemioloqu istefa verdi

Tibb elmləri doktoru, professor İbadulla Ağayev Azərbaycanın Baş epidemioloqu vəzifəsindən çıxıb.
 
O bildirib ki, öz istəyinə uyğun olaraq Baş epidemioloq vəzifəsindən istefa verib. Qeyd edək ki, İ.Ağayev 1992-ci ildən Azərbaycanın Baş epidemioloqu vəzifəsində çalışırdı. Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev vəzifəsindən istefa verib.
 
Məlumatı yerli media yayıb.
 
İbadulla Ağayev istefa verməsinin səbəblərini açıqlamayıb, könüllü vəzifəsindən getdiyini bildirib:
 
“1976-cı ildən Azərbaycan Tibb Universitetində işləyirəm. 1992-ci ildən isə ATU-da professor, kafedra müdiriyəm. Həmçinin Əməkdar müəllim, Əməkdar elm xadimiyəm. 1991-ci il, ya da 1992-ci ildən ictimai əsaslarla baş epidemioloq oldum. İctimai əsaslarla işləyəndə heç kimə bunun müqabilində pul, maaş verilmir. Heç kim mənə heç nə deməyib. Sadəcə könüllü olaraq ərizə yazdım”.
 
İyulun 2-də İbadulla Ağayev jurnalistlə söhbətində kəndə getdiyindən ölkədə koronavirusla bağlı durumdan məlumatsız olduğunu deyib:
 
“Heç nədən xəbərim yoxdur, kənddə oturmuşam, nə televizorum, nə internetim var. Mən baş epidemioloq olanda nə olar?! Yas yerinə gəlmişəm”.
 
Bu açıqlamadan sonra İbadulla Ağayev tənqid hədəfinə gəldi və onun indiki pandemiya dövründə iş başında olmaması sualları gündəmi zəbt etdi.
 

Google+ WhatsApp ok.ru