ABŞ-da atışma olub, ölən və yaralananlar var

ABŞ-da atışma olub, ölən və yaralananlar var

ABŞ-ın Nyu-Cersi ştatının Paterson şəhərində naməlum şəxslərin açdığı atəş nəticəsində 4 nəfər ölüb, 3 nəfər yaralanıb.
 
Maide.Az “RİA Novosti”yə istinadən xəbər verir ki,  hadisə zamanı bir neçə avtomobilə ziyan dəyib.
 
Atışmanı törədənlər olay yerindən qaçaraq gizləniblər. Onların axtarışı davam edir.
 
Hadisənin səbəbi araşdırılır.
 

Google+ WhatsApp ok.ru