AZAL-ın yeni aldığı təyyarələrdə problem yaranıb?

“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin yeni aldığı "Boeing 787 Dreamliner" təyyarələrində heç bir problem yoxdur.
 
"Trend"-in məlumatına görə, bunu çərşənbə axşamı xarici mətbuatda adıçəkilən avialaynerlərin akkumlyator batareyalarında nasazlıq yaranması ilə bağlı xəbərlərə münasibət bildirən AZAL-ın sədr müavini Sabir İlyasov deyib: “Təyyarələrimizdə heç bir problem yoxdur. Hər ikisi çalışır və hər gün uçur. Onlardan istifadə etməyə davam edir, uçuşlarda iştirak etmək üçün ekipaj komandirləri hazırlayırıq”./
 

Google+ WhatsApp ok.ru