Azalan gəlirlər, enməyən qiymətlər

Azalan gəlirlər, enməyən qiymətlər

“Exo” qəzeti alıcılıq qabiliyyətindən yazır: “Azərbaycan əhalisinin alıcılıq qabiliyyəti 18% azalıb”.
 
“Bu gün Azərbaycan istehlak bazarında təklif tələbi üstələyir, amma alıcılıq qabiliyyətinin 18% azalmasına baxmayaraq ərzaq mallarının qiyməti aşağı salınmır və bu meyl ilin sonuna kimi davam edəcək. Şübhəsiz ki, əhalinin gəlirlərinin azalmasına ölkə iqtisadiyyatındakı durum təsir göstərir, çoxları iş yerlərini itiriblər, əhalinin digər hissəsinin əmək haqları azaldılıb”, - istehlak bazarındakı durumuqəzetə ekspert Nəriman Ağayev şərh edir.
 
O xatırladır ki, ilin əvvəlində ərzaq malları “əhəmiyyətli dərəcədə” -25-35 faizbahalaşıb və bu da əhalinin alıcılıq qabiliyyətinin azalmasına səbəb olub.
 
Ekspert deyir ki, əvvəllər ölkə vətəndaşları “qara gün” üçün vəsait toplaya bilirdlərsə, indi durum dəyişib, qazandıqları vəsatiləri bu aydan o aya güclə çatdırırlar: “Gəlirlər o qədər azalıb ki, artıq “qara gün” üçün qoymağa bir şey yoxdur, ölkə iqtisadiyyatı durğunluqdan çıxa bilmir, əmək haqqının əksər hissəsi ərzaq mallarının alınmasına gedir, ikinci yeri isə sağlamlığa aid xərclər tutur, bu gün xəstələnmək çox ağır baha başa gəlir”.
 
Məqalədə bu ilin 6 ayında əhalinin 13 milyard manatlıq istehlak malları aldığı deyilir ki, bu da 2016-cı il ilə müqayisədə 2% artım deməkdir və bu məbləğin 6,5 milyard manatı ərzaq, 6,4 milyard manatı isə qeyri-ərzaq mallarının alınmasına xərclənib. /

Google+ WhatsApp ok.ru