AZAL üç ölkəyə uçuşları müvəqqəti dayandırır

AZAL üç ölkəyə uçuşları müvəqqəti dayandırır

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən koronavirus (COVID-19) infeksiyasının qlobal xarakterli pandemiya elan olunduğu nəzərə alınaraq, COVID-19 virusunun ölkə ərazisində yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində 15 mart tarixindən etibarən “Azərbaycan Hava Yolları”nın Bakı-Paris-Bakı, Bakı-Berlin-Bakı, Bakı-Nursultan-Bakı, Bakı-Aktau-Bakı, Bakı-Almatı-Bakı istiqamətləri üzrə uçuşları müvəqqəti olaraq dayandırılır.

 
Bu barədə "Report"a Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan məlumat verilib.
 
“Operativ Qərargahın 2020-ci il 12 mart tarixli məlumatına əlavə olaraq bildiririk ki, Azərbaycan Respublikasının səfirlik və baş konsulluqları tərəfindən ölkəyə giriş vizalarının rəsmiləşdirilməsi müvəqqəti olaraq məhdudlaşdırılmış əsasda veriləcək”, - deyə məlumatda qeyd edilir.
 

Google+ WhatsApp ok.ru