AZAL qiymətləri salacaq

İyulun 16-da “Azərbaycan Hava Yolları” İdarə heyətinin kollegiya iclası keçirilib.
 
Şirkətin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, prezidenti İlham Əliyevin bu günlərdə Nazirlər Kabinetinin iclasında biletlərin süni şəkildə qaldırılması ilə bağlı verdiyi tapşırıqlar müzakirə olunub.
 
AZAL-ın prezidenti Cahangir Əsgərov bütün tariflərin təhlil edilməsi, qiymətinin ucuzlaşdırılması, güzəştlər, şərtlər və tariflərin tənzimləmə mexanizminin hazırlanmasını göstəriş verib.
 
O bildirib ki, Azərbaycana turist axınını artırmaq üçün hazırda işlər görülür və çox yaxın vaxtlarda turizm marşrutlarında ucuz uçuşlar təşkil ediləcək.
 
O həmçinin yaxın vaxtlarda mövcud hava xətlərində müəyyən yerlərin aşağı qiymətlərlə satılacağını bildirib./

Google+ WhatsApp ok.ru