Azan qadağasıyla bağlı xəbər təsdiqini tapmadı (Video)

Azərbaycanda yeni azan qadağası ilə bağlı xəbərlər yayılıb
 
Xəbərdə bildirilirdi ki, Azərbaycanda yenidən azan qadağası tətbiq olunacaq və artıq Nizami rayon "İmam Zaman" məscidində azan qadağan edilib.
 
Bu yayılan xəbərləri araşdırmaq üçün İslamazeri.az-ın çəkiliş qrupu günorta azanı vaxtı "Sahib Əz-Zaman" məscidində olublar və məsciddə ucadan azan səsi verilib. Qadağa xəbəri bir sözlə təsdiqini tapmayıb.

Google+ WhatsApp ok.ru