Azyaşlı uşaqların itkin düşməsi halları niyə artıb?

Azyaşlı uşaqların itkin düşməsi halları niyə artıb?

Dövlət Statistika Komitəsi ötən illlərə müqayisədə 14-18 yaşadək uşaqların itkin düşməsi hallarının azaldığı barədə məlumat yayıb.

Məlumatda bildirilib ki, ötən il Azərbaycanda 652 nəfər itkin düşüb ki, onların da 100-ü 14-18 yaşadək uşaqlar olub.

2000-ci ildə Azərbaycanda 14-18 yaşadək 234 uşaq itkin düşmüşdüsə, 2013-cü ildə belə uşaqların sayı 141, 2014-cü ildə 128 olub. Axtarış zamanı müəyyən edilmiş 14-18 yaşadək cinayətkar uşaqların da sayı azalıb. 2000-ci ildə 57 belə uşaq olubsa, 2013-cü ildə onların sayı 30, 2014-cü ildə 37, 2015-ci ildə 29 olub.

Uşaq Hüquqları Liqasının rəhbəri Yusif Bəkirov deyir ki, bu məsələnin araşdırılması əslində, Daxili Işlər Nazirliyinin səlahiyyətindədir. Liqa sədri deyir ki, uşaqların itməsinin ilk səbəbi evdən icazəsiz çıxıb getmələridir. Y. Bəkirovun sözlərinə görə, ailədə olan münaqişələrlə əlaqədar uşaqlar evlərini tərk edirlər: “Uşaqlar hansısa səbəblərə görə öz evlərinə qayıtmaq istəmirlər. Burada ailədaxili konfliktlər, uşaqların müəyyən istəklərinin yerinə yetirilməməsi kimi səbəblər olur. Həmin uşaqlar düşünmür ki, onları minbir əziyyətlə böyüdən valideynlərini hansı vəziyyətə qoyurlar. Bu işlə əsasən Daxili Işlər Nazirliyi məşğul olur və uşaqları itkin düşən validenlər ora məlumat verməklə bu problemi deyə bilərlər”.

DIN mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə “Azadlıq”a açıqlamasında bildirib ki, sözügedən rəqəm itkin düşən vətəndaşların ümumi sayıdır. O, keçən il xəbərsiz itkin düşən vətəndaşların 652 nəfərinin daxili işlər orqanları əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tapıldığını bildirir: “Görünür, həmin informasiyanı verəndə rəqəmi səhv göstəriblər. Itkin düşən vətəndaşların 652 nəfəri tapılıb, o da 80 faiz təşkil edir. Itkinlərin arasında 116 nəfəri yetkinlik yaşına çatmayanlar olub. Onun da 100 nəfəri tapılıb. Qalanlar isə ildən-ilə keçməyən şəxslərdir. Bu rəqəm köhnə illərə aiddir və həmin statistika da ildən-ilə keçirilir”.(azadliq.info)

Google+ WhatsApp ok.ru